525.Az

Özbəkistana gələn yük qatarının vaqonunda partlayıcı qurğu aşkar edildi


 

Özbəkistana gələn yük qatarının vaqonunda partlayıcı qurğu aşkar edildi<b style="color:red"></b>

Türkmənistandan Özbəkistana gələn yük qatarının vaqonlarından birində partlayıcı qurğu aşkar edilib.

Trend-in məlumatına görə, Özbəkistan Dövlət Gömrük Komitəsinin əməkdaşları vaqonlardan birində 200 qramlıq trotil şaşkası və onu işə salmaq üçün 1 ədəd elektrodetonator aşkar ediblər.

Hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, istintaq davam edir.

 





14.01.2019    çap et  çap et