525.Az

Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və tarixi açıqlandı


 

Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və tarixi açıqlandı<b style="color:red"></b>

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu il yanvarın 16-da Parisdə görüş keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

 





14.01.2019    çap et  çap et