525.Az

Zərif: "ABŞ harada peyda olursa, orada xaos, haqsızlıq hökm sürür"


 

Zərif: "ABŞ harada peyda olursa, orada xaos, haqsızlıq hökm sürür"<b style="color:red"></b>

ABŞ-ın xarici siyasəti yalnız xaos və repressiya yayır.

Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Maykl Pompeonun anti-İran bəyanatına cavabında deyib.

Nazir bildirib ki, ABŞ harada peyda olursa, orada xaos, repressiya, haqsızlıq hökm sürür:

"İran Birləşmiş Ştatların "müştəri"lərinə və Pompeonun "insan hüquqları müdafiəçilərinin nümunələri" adlandırdığı keçmiş şah və ya indiki başkəsənlərə oxşamağa başlasa, ölkə cəhənnəmə çevriləcək".

M.C.Zərif ABŞ-ı İranı itirməsi həqiqəti ilə barışmağa çağırıb.

 





14.01.2019    çap et  çap et