525.Az

Ümumdünya Gömrük Təşkilatı Azərbaycanın korrupsiya ilə mübarizə təcrübəsini öyrənir


 

Ümumdünya Gömrük Təşkilatı Azərbaycanın korrupsiya ilə mübarizə təcrübəsini öyrənir<b style="color:red"></b>

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Azərbaycanın gömrük sahəsində korrupsiya ilə mübarizə təcrübəsini öyrənir.

Trend-in məlumatına görə, bunu Bakıda təşkilatın Baş katibi Kunio Mikuriya deyib.

O qeyd edib ki, Azərbaycanın Dövlət Gömrük Komitəsi müxtəlif sahələrdə ciddi islahatlar keçirib:

“Bu islahatlardan biri korrupsiya ilə mübarizəni əhatə edir. Bununla əlaqədar istərdik ki, Azərbaycan öz təcrübə ilə bölüşsün və bu sahədə Ümumdünya Gömrük Təşkilatı çərçivəsində bu sahədə vacib rol oynasın”.

O, həmçinin əlavə edib ki, ÜGT islahatlar sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir.

 





14.01.2019    çap et  çap et