525.Az

OPEK+ ölkələri Bakıda neft hasilatının azaldılmasının bazara təsirini müzakirə edəcək


 

OPEK+ ölkələri Bakıda neft hasilatının azaldılmasının bazara təsirini müzakirə edəcək<b style="color:red"></b>

OPEK+ ölkələri Azərbaycanda neft hasilatının azaldılması tempinə əməl olunmasını nəzərdən keçirəcəklər.

Trend-in məlumatınatına görə, bunu OPEK-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl-Məzrui deyib.

Nazir bildirib ki, OPEK+ monitorinq komitəsi bu ilin fevralında Bakıda neft hasilatının azaldılması sazişinin icrasının bazara təsirini müzakirə edəcək.

O əlavə edib ki, neft bazarlarında mərhələli sıçrayışlar müşahidə olunur, hasilatda balans istehsalçı ölkələrin və neft istehlakçılarının maraqlarına xidmət edir.

 





14.01.2019    çap et  çap et