525.Az

Ümumdünya Gömrük Təşkilatının baş katibi “ASAN Xidmət”də


 

Ümumdünya Gömrük Təşkilatının baş katibi “ASAN Xidmət”də <b style="color:red"></b>

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, agentliyin sədri Ülvi Mehdiyev "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan K.Mikuriya burada yaradılan şəraiti və xidmət səviyyəsini yüksək qiymətləndirib.

 





14.01.2019    çap et  çap et