525.Az

Prezident Arif Alışanovu işdən çıxardı - Yenilənib


 

Prezident Arif Alışanovu işdən çıxardı - <b style="color:red">Yenilənib </b>

Azərbaycan Prezidenti İlham Əliyev Arif Alışanovu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib.

Bu barədə imzalanan sərəncamda deyilir:

1. Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb.

R.Məmmədli indiyə qədər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.

 





15.01.2019    çap et  çap et