525.Az

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək


 

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək<b style="color:red"></b>

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

 





16.01.2019    çap et  çap et