525.Az

"2018-ci il Azərbaycan üçün çox mühüm nailiyyətlərlə yadda qaldı"


 

"2018-ci il Azərbaycan üçün çox mühüm nailiyyətlərlə yadda qaldı"<b style="color:red"></b>

“Prezident  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, ötən ilin ən mühüm-əlamətdar hadisəsi prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanması oldu: "Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa səs vermiş oldu. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir: Müstəqilliyinin 28-ci ilinə qədəm qoyan Azərbaycan bu müddət ərzində çox mühüm nailiyyətlərə imza atıb. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir, Azərbaycan bu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edəcək, bu, ölkəmizin çox mühüm diplomatik nailiyyətidir. Azərbaycanın beynəlxalq müstəvidə əməkdaşlıq və təhlükəsizliyi verdiyi fundamental töhfələrdən bəhs edərkən ölkəmizin iqtisadi baxımdan bölgədə həlledici rola malik olduğunu xüsusi vurğulamaq lazımdır. Bunun əyani ifadəsi kimi ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan qlobal xarakterli layihələrin nəticələrini göstərmək olar".

M.Qurbanlı bildirib ki, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malikdir.  2018-ci ildə də Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdi ki, bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir.

M.Qurbanlı vurğulayıb ki, 2018-ci ildə Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Prezidentin apardığı bu siyasət bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə Azərbaycan Prezidentinin qayğısını bir daha təsdiq edir. Bütün bunlar göstərir ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb. İqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, qeyri-neft ixracının artırılması və dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirilən siyasət növbəti 10 ildə qeyri-neft sektorunun əvvəlki onilliklə müqayisədə daha çox artacağını şərtləndirir: "Bütövlükdə, 2018-ci il Azərbaycan üçün çox mühüm nailiyyətlərlə yadda qaldı. Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırdı. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan inkişaf , tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək. Əlbəttə, bütün bu nailiyyətlər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkanlar yaradır. Azərbaycan prezidenti İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq".

S.QARAYEVA

 





17.01.2019    çap et  çap et