525.Az

UNEC rektoru iclas keçirdi


 

UNEC rektoru iclas keçirdi<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektor, professor Ədalət Muradovun iştirakı ilə qəbul imtahanlarında ən yüksək nəticələr göstərən məktəblərdə professor-müəllim heyətimiz tərəfindən yuxarı sinif şagirdləri ilə keçirilmiş görüşlərin yekunlarına həsr olunmuş iclas keçirilib.

İclası giriş sözü ilə açan rektor, professor Ə.Muradov UNEC-ə ən bilikli, ən istedadlı abituriyentlərin cəlb edilməsi məramı ilə həyata keçirilən məlumatlandırma işinin aktivləşdirilməsinin zəruriliyini qeyd edib.

Rektor bu tədris ilində qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məktəblərdə məlumatlandırma işinin daha yüksək səviyyədə keçirildiyini bildirib. İndiyə qədər həyata keçirilən tədbirlərin artıq nəticə verdiyinin bariz nümunəsi, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin UNEC-i seçməsidir. Bu göstəricinin ildən ilə daha da artması, II ixtisas qrupu üzrə 24 Prezident təqaüdçüsündən 18-nin ali təhsil almaq üçün UNEC-i seçməsi İqtisad Universitetində həyata keçirilən işlərin yüksək nəticə verdiyinin növbəti sübutudur.

Səfərlərdə iştirak etmiş professor-müəllim heyətimiz hər il olduğu kimi, bu il də Bakı və regionlarda yerləşən məktəblərdə nümayəndələrimizin yüksək səviyyədə qarşılandığını, yuxarı sinif şagirdlərinin UNEC-in üstünlükləri barədə məlumatlandırılması təmin edilib. Görüşlər zamanı qeyd edilib ki, UNEC-in məqsədi yüksək ixtisas biliklərinə sahib kadrların hazırlanmasıdır.

UNEC brendinin yalnız ölkə məktəblərində deyil, həmçinin, ölkə xaricində iqtisadi təhsil sahəsində aparıcı ali məktəb kimi tanınmasını müsbət hal kimi qiymətləndirən tədbir iştirakçıları məlumatlandırma işinin aktivləşdirilməsinin zəruriliyini vurğulayıblar. Xüsusilə MDB və qonşu ölkələrdə UNEC-ə qarşı böyük marağın olduğunu vurğulayan iclas iştirakçıları, tələbələrə təqdim etdiyimiz ali təhsil xidmətlərinin keyfiyyətinin daha da artırılması istiqamətində təqdirəlayiq işin getdiyini bildiriblər. Daha çox əcnəbi tələbələrin UNEC-ə cəlb edilməsi məqsədi ilə tədbirlər planının həyata keçirilməsi bu sahədə aparılan işi sürətləndirəcəyi vurğulanıb.

S.QARAYEVA

 





17.01.2019    çap et  çap et