525.Az

Böyük Britaniya kraliçasının həyat yoldaşı qəzaya düşdü


 

Böyük Britaniya kraliçasının həyat yoldaşı qəzaya düşdü<b style="color:red"></b>

97 yaşlı Edinburq hersoqu şahzadə Filip İngiltərədə yol qəzasına düşüb.

Trend-in məlumatına görə, hadisə Sendiqrem kəndi yaxınlığında, Norfolk qraflığının qərbində baş verib.

Şahzadə Filip qəza zamanı xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

II Yelizaveta hər il Milad ərəfəsində Sendiqremə gedir. Ailənin digər üzvləri də orada toplaşır. Monarx Milad bayramında yerli Müqəddəs Məryəm Maqdalina kilsəsinə baş çəkir.

 





18.01.2019    çap et  çap et