525.Az

Sosial Müdafiə Fondu ötən il 6148 sanator-kurort göndərişi verdi


 

Sosial Müdafiə Fondu ötən il 6148 sanator-kurort göndərişi verdi <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ötən il həssas qruplardan olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və b.) sanator-kurort və istirahət mərkəzlərinə göndərişlə təminatı işlərini davam etdirib.

Nazirlikdən verilən məlumata görə, 2018-ci ildə fond həssas qruplardan olan şəxsləri sanator-kurort müəssisələrinə 6148 və istirahət mərkəzlərinə 1409 göndərişlə təmin edib.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, 9 May- Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarından ibarət 541 nəfərin hər birinə 1000 manat, həmin müharibədə həlak olmuş döyüşçülərin dul arvadlarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərdən ibarət 10430 nəfərin hər birinə 500 manat birdəfəlik maddi yardım verilib.

Hesabat dövründə 16 min nəfər səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunub. 355 nəfər sağlamlıq imkanları məhdud gənc isə peşə reabilitasiyasına cəlb edilib.

CEYHUN

 





18.01.2019    çap et  çap et