525.Az

ADA Universiteti KOBİA ilə əməkdaşlıq edəcək


 

ADA Universiteti KOBİA ilə əməkdaşlıq edəcək<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznesin inkişafı istiqamətində dövlət qurumları ilə yanaşı, ali təhsil müəssisələri ilə də əlaqələrini genişləndirir.

Nazirlikdən verilən məlumata görə, yanvarın 16-da KOBİA və ADA Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi agentliyin sədri Orxan Məmmədov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Sənədə əsasən, KOBİA və ADA Universiteti gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, universitetin tədris-innovasiya infrastrukturundan kiçik və orta biznesin (KOB) faydalanması, bu ali təhsil müəssisəsində aparılan tədqiqat işlərindən KOB-larda istifadə, innovativ sahibkarlığın təşviqi üçün KOB-ların və startapların universitetlə qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Habelə KOB-un tələbatına uyğun ixtisaslar üzrə müasir təhsil proqramları, dərsliklər və metodiki vəsaitlərin hazırlanması, universitetin bakalavr və magistrlərinin özəl sektorda istehsalat təcrübəsi keçməsi də əməkdaşlığın prioritetlərinə daxildir.

C.ABASOV

 





18.01.2019    çap et  çap et