525.Az

OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşdi


 

OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşdi<b style="color:red"></b>

OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb.

Energetika Nazirliyindən verilən məlumata görə, OPEC Katibliyindən daxil olmuş məktubda Müştərək Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq bu il martın 17-18-də keçirilməsi təklif olunub.

Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEC çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib. 2016-cı ildən etibarən Azərbaycan OPEC+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib.

 





18.01.2019    çap et  çap et