525.Az

Deputat: "İstənilən şəxs stomatoloji kabinet açır"


 

Deputat: "İstənilən şəxs stomatoloji kabinet açır"<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatının bu yaxınlarda açıqladığı hesabata görə, İİV virusu və hepatit C-nin yayılmasında stomatoloji xidmətlər birinci yerdə dayanır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı komitənin bu gün keçirilən iclasında çıxş edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində stomatolji xidmət üzrə fəaliyyət asanlaşdırılıb:

“Bu sərbəstlik olduğuna görə bu gün Azərbaycanda istənilən şəxs - həkim, yaxud həkim olmayıb bizneslə məşğul olan şəxs, - stomatoloji kabinet açır və sonra da mütəxəssisləri cəlb edərək lisenziya alır. Monitorinq aparsaq, özümüz şahidi olarıq ki, stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir. Ona görə də bu mövzuda parlamentdə dinləmələrin keçirilməsi yaxşı olardı”.

 





18.01.2019    çap et  çap et