525.Az

Bakı Ali Neft Məktəbi əməkdaşlığı genişləndirir


 

Bakı Ali Neft Məktəbi əməkdaşlığı genişləndirir<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbində (BANM) böyük beynəlxalq neft-qaz şirkəti olan “Baker Hughes, a GE company” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Şirkətin Azərbaycan və Gürcüstan üzrə direktoru Qreiq Rasel Lindsay, şirkətin təhlükəsizlik üzrə regional meneceri Nikolay Rotar və aparıcı sahə mühəndisi Emilya Məmmədova BANM-in rektoru Elmar Qasımov və digər məsul əməkdaşları ilə görüşüblər.

Görüşdə rektor Elmar Qasımov Qreiq Rasel Lindsayın BANM-in tələbələrinə diqqətini yüksək qiymətləndirib və bu əməkdaşlığın gənclərin inkişafına verilən dəstək olduğunu bildirib.

Tərəflər əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparıblar. Qarşılıqlı razılaşmaya əsasən “Baker Hughes, a GE company” şirkətinin rəhbərinin və əməkdaşlarının Ali Neft Məktəbinin tələbələrinə seminarlar keçməsi qərara alınıb. Həmçinin şirkətdə BANM tələbələrinin istehsalat təcrübəsinin təşkil edilməsi və məzunların işə qəbulu dəqiqləşdirilib. Bu istiqamətdə koordinator Ali Neft Məktəbinin məzunu, hazırda şirkətin aparıcı sahə mühəndisi Emilya Məmmədova təyin olunub.

“Baker Hughes, a GE company” şirkətinin rəhbəri sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə təlimlərinin də artıq bundan sonra BANM-də keçirmək niyyətində olduğunu bildirib.

Sonra nümayəndələr Ali Neft Məktəbinin laboratoriyaları, Konqres və Senat zalları ilə tanış olublar.

 





21.01.2019    çap et  çap et