525.Az

2019-cu ilin ilk Ay tutulması


 

2019-cu ilin ilk Ay tutulması <b style="color:red"></b>

Bu gün 2019-cu ilin ilk Ay tutulması hadisəsi artıq başlayıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 07:34-də başlayıb və tutulmanın 10:51-dək başa çatacağı bildirilir.

X.Mikayılovun sözlərinə görə, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Rəsədxananın elmi işlər üzrə direktor müavini bildirib ki, bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq.

Qeyd edək ki, növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq.

 





21.01.2019    çap et  çap et