525.Az

Mahaçqaladan Azərbaycan sərhədinədək elektrik qatarları işləyəcək


 

Mahaçqaladan Azərbaycan sərhədinədək elektrik qatarları işləyəcək <b style="color:red"></b>

Dağıstanın paytaxtı Mahaçqala şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları xəttə buraxılacaq.

Trend-in məlumatına görə, bu barədə qərar Dağıstan hökumətinin iclasında verilib.

İclas zamanı “Dağıstan ərazisində 2019-2021-ci illər üçün əhaliyə şəhərətrafı dəmiryol nəqliyyatı xidmətinin təşkil olunması barədə” müqavilə təsdiq olunub.

Bu sənəd Mahaçqala-Xasavyurt, Mahaçqala-Dərbənd və Mahaçqala-Azərbaycan sərhədi istiqamətləri üzrə sərnişin daşımalarını nəzərdə tutur.

Bundan başqa, iclas zamanı gələcəkdə Dərbənd-Azərbaycan sərhədi istiqamətində sərnişin daşımaları məsələsini hazırlamaq barədə razılıq əldə olunub.

 





21.01.2019    çap et  çap et