525.Az

Tağıyev qəsəbəsinə gedən yolda hərəkət 1 günlük məhdudlaşdırıldı


 

Tağıyev qəsəbəsinə gedən yolda hərəkət 1 günlük məhdudlaşdırıldı<b style="color:red"></b>

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.

 





21.01.2019    çap et  çap et