525.Az

Afaq Məsudun kitabı Misirdə nəşr olundu


 

Afaq Məsudun kitabı Misirdə nəşr olundu <b style="color:red"></b>

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə, Misirin nüfuzlu Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Sərçələr”, “Qəza”, “Can üstə”, “Dovşanın ölümü” kimi hekayələri daxil edilib.

Əsərləri ərəb dilində azərbaycanşünas alim Əhməd Sami əl-Aydi çevirib.

Ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin məşhur “Əl-Ahram”, “Elwatannews” qəzetləri, “Almasryalyoum.com”, “gate.ahram.org.eg” ədəbiyyat portallarında eləcə də Mərakeşin məşhur “AssiaPress” portalında geniş yazılar verilib.

 





21.01.2019    çap et  çap et