Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət göstərən bir sıra nüfuzlu mətbuat orqanlarında materiallar dərc olunub.
Məqalədə 20 Yanvar hadisələrinin xülasəsi və Azərbaycanın Braziliyadakı Səfirliyinin pres-relizi yerləşdirilib.
Nüfüzlu “Embassy Brasilia” və “Brasilia in foco” xəbər portallarında Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi yoldan, sovet qoşunlarının 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törətdikləri insanlığa qarşı cinayətlər və bu hadisələrlə bağlı, Ulu Öndər Heydər Əliyevin, o zamankı sovet rəhbərliyinə qarşı qətiyyətlə qarşı çıxması və törədilmiş hadisələri pisləməsi faktı yer alıb.
Dərc edilmiş məlumatla aşağıdakı linklərdən tanış olmaq olar:
http://embassybrasilia.com.br/site/azerbaijans-remember-the-countrys-sad-moment/
https://brasiliainfoco.com/entenda-o-que-significa-o-janeiro-negro-na-historis-do-azerbaijao/