525.Az

Səməd Seyidov yenidən AŞ PA-nın vitse-prezidenti seçildi


 

Səməd Seyidov yenidən AŞ PA-nın vitse-prezidenti seçildi<b style="color:red"></b>

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən Assambleyanın vitse-prezidenti seçilib.

Trend-in məlumatına görə, AŞ PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib.

Sessiya müddətində Azərbaycan nümayəndə heyəti öz işini həmişəki qaydada həyata keçirəcək.

 





21.01.2019    çap et  çap et