525.Az

Los Ancelesdə 30 mindən çox müəllim tətil keçirir


 

Los Ancelesdə 30 mindən çox müəllim tətil keçirir<b style="color:red"></b>

ABŞ-ın Los Anceles şəhərində dövlət məktəblərinin 30 mindən çox müəllimi tətil keçirir.

Trend-in məlumatına görə, ötən həftədən etibarən başlayan tətil bu gün də davam etdiriləcək.

Müəllim həmkarlar təşkilatının şəhər meriyası ilə danışıqları başlasa da, müəllimlər bütün şərtlər yerinə yetirilməyənədək tətili davam etdirəcəklərini bildirib.

Qeyd olunur ki, son 30 ilin ən irimiqyaslı tətilinin iştirakçıları əmək haqlarının artırılmasını və iş yükünün azaldılmasını tələb edirlər.

 





22.01.2019    çap et  çap et