525.Az

Çavuşoğlu: "Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil"


 

Çavuşoğlu: "Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil"<b style="color:red"></b>

Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşündə deyib.

Qafqazdakı vəziyyətə toxunan nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi üçün təhdiddir:

"Qarabağ münaqişəsi nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün deyil. Biz 2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik".

M.Çavuşoğlu vurğulayıb ki, erməni lobbisi dünyada Türkiyə əleyhinə aktiv fəaliyyət göstərməyə davam edir.

 





22.01.2019    çap et  çap et