525.Az

İran Rusiyadan qoyun əti alacaq


 

İran Rusiyadan qoyun əti alacaq<b style="color:red"></b>

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri iranlı həmkarları ilə RF müəssisələrindən İslam Respublikasına qoyun ətinin tədarükü barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, hazırda qeyd olunan məhsulların attestasiyadan keçmiş müəssisələrdən İrana göndərilməsinə hazırlıq işləri görülür.

Qeyd edək ki, bir müddət əvvəl İranın Baytarlıq Təşkilatı ölkənin ət və ət məhsullarına tələbatını təmin etmək üçün diri heyvan idxalına icazə verib.

İranın bir ildə ətə ehtiyacı 100-150 min tondur. Yerli istehsal isə istehlak tələbatın həcminə cavab vermir.

 





22.01.2019    çap et  çap et