525.Az

Qazaxıstanın adı dəyişdirilə bilər


 

Qazaxıstanın adı dəyişdirilə bilər <b style="color:red"></b>

Qazaxıstanlı deputat Azat Peruaşev ölkənin baş naziri Bakıtjan Sagintayevə Qazaxıstanın adının dəyişdirilməsi ilə bağlı təklif göndərib.

Trend-in məlumatına görə, ölkənin adının Qazax Respublikasına dəyişdirilməsi təklif olunur.

Millət vəkili yeni adın 2020-ci ildə SSRİ-nin tərkibində Qazax Sovet Sosialist Respublikasının yaradılmasının 100 illik ildönümü ilə bağlı verilməsini təklif edib.

Deputat xatırladıb ki, hələ 2014-cü ildə Prezident Nursultan Nazarbayev Qazaxıstan adının Qazax Elinə (Qazax Respublikası) dəyişdirilməsi təklifini irəli sürmüşdü.

 





23.01.2019    çap et  çap et