525.Az

Venesuela müxalifətinin lideri özünü prezidentin səlahiyyətlərini icra edən elan edib


 

Venesuela müxalifətinin lideri özünü prezidentin səlahiyyətlərini icra edən elan edib<b style="color:red"></b>

Venesuela Milli Assambleyasının (birpalatalı parlament) sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib.

Trend-in məlumatına görə, bu barədə X.Quaydo müxalifətin Karakasın Çakao rayonunda keçirilən mitinqi zamanı bildirib.

X.Quaydo deyib: "Mən rəsmi olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra etməyə and içirəm".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp X.Quaydo artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

 





24.01.2019    çap et  çap et