525.Az

AYB-də Tofiq Məliklinin 70 illiyi qeyd olundu


 

AYB-də Tofiq Məliklinin 70 illiyi qeyd olundu<b style="color:red"></b>

TədbirDə aliminQaralamasız yaşanan ömürkitabı ictimaiyyətə təqdim olunub

 

Ötən gün Yazıçılar Birliyində (AYB) tanınmış alim, türkoloq Tofiq Məliklinin 70 illik yubileyi qeyd olunub. Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar yubilyarı təbrik edərək onun AYB-nin Moskva bölməsinin rəhbəri kimi fəaliyyətini yüksək qiymətləndirib. Xalq yazıçısı alimin Rusiyanın paytaxtında da yubileyinin təntənə ilə qeyd olunmasını xatırladaraq onun yaradıcılığının məziyyətlərindən danışıb.

 

AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca yubilyarın 70 yaşı tamam olmasına baxmayaraq çox cavan görünməsini onun yaşadığı mənalı, təmiz ömürlə əlaqələndirib. Alimin yaradıcılığından danışan xalq şairi yubilyarın əsərləri haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: “Adətən deyirlər ki, alimlərin yazdığı şeirlər bir az quru olur. Amma Tofiq Məliklinin şeirləri istisnadır. Onun şeirləri dolğun, emosionaldır. Tofiq Məlikli Moskvada müəyyən zaman ərzində mövcud olan elm, sənət, ədəbiyyat boşluğunu doldurub. Bu ağır yük Tofiq Məlikli körpüsündən keçib”.

 

AYB-nin sədr müavini Nazim İbrahimov yubilyarın yaşadığı ömür ərzində özünə çoxlu dostlar qazandığını deyib: “Tofiq Məlikli ilə ilk dəfə İstanbulda 1991-ci ildə tanış olmuşuq. Onda mən gördüm ki, bu insan qədər nüfuzlu bir şəxsiyyətdir. Orada onunla hesablaşırlar, onun sözünə böyük dəyər verirlər. Türkiyədə işlədiyi bir neçə il ərzində Tofiq Məlikli özünə çoxsaylı, sadiq dostlar qazanıb. Bu gün Tofiq Məlikli olmadan Azərbaycanda heç bir türkoloji forum, aidiyyəti tədbir onsuz keçmir. Çünki öz sahəsini dərindən bilən bir mütəxəssis kimi ona hər zaman ehtiyac duyuruq. O böyük alim olması ilə yanaşı, şeirin, poeziyanın da incəliklərinə dərindən bələd olan bir şairdir”.

 

Professor Əsgər Rəsulov çıxışında yubilyarın həyat yaradıcılıq yoluna nəzər salıb: “Azərbaycan Dövlət Universtitetinin şərqşünaslıq fakültəsində təhsil alan Tofiq Məliklinin praktik türk dilini öyrənməsində müəllimi Cabbar Cabbarovun böyük əməyi olub. Tofiq Məlikli müxtəlif illərdə Türkiyədə, Rusiyada çalışıb. Onun yaradıcılığı çoxşaxəlidir. Lakin o hər şeydən əvvəl filoloq-türkoloqdur. Böyük mənada Türkiyə ədəbiyyatşünasıdır. Onun Rusiya, Fransa, Polşa, Çexiya, Türkiyə dünyanın bir çox başqa ölkəsində, eləcə respublikamızda türkologiyanın ən mühüm aktual problemlərinə həsr olunmuş 10-a yaxın monoqrafiyası, dərsliyi dərs vəsaiti, 100-dən artıq elmi əsəri, elə bir o qədər publisistik məqaləsi çap edilib. Tanınmış yazıçı, jurnalist Yaşar Əliyev Tofiq Məlikli ilə müsahibəsində onu haqlı olaraq sərrast bir deyimləTürkiyə ədəbiyyatının Rusiyada elçisikimi səciyyələndirib”.

 

Ə. Rəsulov yubilyarın mütərcimlik fəaliyyətinə çıxışında yer ayırıb: “Tofiq Məlikli sadəcə praktik tərcüməçi deyil, onu mütərcim adlandırarkən təkcə Yaşar KamalınÖlməz ot”, Nazim HikmətinYaşamaq gözəldir, qardaşımromanlarını, Fazil Hüsnü Dağlarcanın, Ataol Bəhramoğlunun şeir poemalarını çevirməsini nəzərdə tutmuruq. Tofiq müəllim peşəkar tərcüməşünasdır. O hazırda da işlədiyi universitetdə tələbələrinə tərcümə nəzəriyyəsi təcrübəsini tədris edir”. Professor çıxışını atalar sözü ilə yekunlaşdırıb: “El arasında gözəl bir ifadə var: Yaxşı igid dayısına çəkər. Bu məsəl tamamilə Tofiq Məliklinin boyuna biçilib sanki. Bu böyük alim türkologiyaya şərqşünaslıq məbədimizin atlantlarından olan Həmid Araslının xeyir-duası ilə qədəm basıb. bu etimadı tamamilə doğruldub”.

 

Azərnəşrin direktoru Azər Mustafazadə çıxışında yubilyarın böyük işlər gördüyünü diqqətə çatdırıb, onun dəyərli fəaliyyətindən danışıb.

 

Bəzən bir çox məsəlləri o qədər işlədirik ki, onları urvatdan salırıq. Amma bir məsəl çox işlənsə onu deyəcəyəm; Tofiq Məlikli geriyə baxanda utanılası ömür yaşamayan insanlardandır. O, çox şərəfli həyat yolu keçib. Yaradıcılığında xüsusi bir məziyyəti qeyd etmək istəyirəm. Tofiq Məlikli türkologiya ilə məşğul olarkən onu qətiyyən siyasətlə qarışdırmayıb. Bu, onun türkologiya sahəsində başlıca xidmətlərindən biridir. Sovet dövründə türk ədəbiyyatı, türkologiya ilə məşğul olasan, siyasəti elmə qarışdırmayasan bu, əsl qəhrəmanlıqdır. Tofiq Məlikli bu baxımdan qəhrəman adlandırılmalıdır”. Bu fikirləri tədbirdə AYB-nin katibi Arif Əmrahoğlu səsləndirib. A. Əmrahoğlu yubilyarın yaradacılığı ilə yanaşı şəxsiyyətinin cizgiləri haqqında da fikirlərini bölüşub: “Tofiq Məlikli elə adamlardandır ki, onunla bir dəfə görüşəndə sonra yenidən görüşmək, söhbətləşmək istəyirsən, onun söhbətlərini xatırlayırsan. Onun olduğu yerlərdə qeybət, bədbinlik, pessimizm olmur. O özü ilə olduğu hər yerə işıq aparır”.

 

Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə yubilyarla tanışlığının tarixçəsindən danışaraq o illəri yenidən yaşamaq arzusunu dilə gətirib: “1960-70-ci illərdə yaşadığımız gəncliyi yenidən yaşamaq istərdim. Lenin kitabxanasında hava qaralanadək mütailə edərdik, oxuduqlarımızı bir-birimizə danışardıq. Necə o illərə qayıtmaq istərdim, təəssüf ki, mümkün deyil”.

 

Tədbirdə çıxış edən məşhur oftalmoloq alim, şair Paşa Qəlbinur, publisist Solmaz İbrahimova alimin yaradıcılıq yolundan, insani keyfiyyətlərindən söz açıblar. 

 

Sonda çıxış edən yubilyar tədbir iştirakçılarına minnətdarlığını bildirib. Tədbirin sonunda aliminQaralamasız yaşanan ömürkitabı ictimaiyyətə təqdim olunub.

 

Sevinc MÜRVƏTQIZI

 

 





09.10.2012    çap et  çap et