525.Az

Özəl qida laboratoriyaları yaradıla bilər


 

Özəl qida laboratoriyaları yaradıla bilər<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) özəl biznesə qida məhsullarının ekspertizasını həyata keçirməyi təklif edir.

Trend-in məlumatına görə, bunu “Qida təhlükəsizliyi haqqında” qanunun ictimai müzakirələri zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, bu proses təkcə dövlətin və agentliyin səlahiyyətində olmamalıdır:

“Biz sahibkarlıq subyektlərinə müraciət etmişik və onlara özəl qida laboratoriyaları yaratmağı təklif etmişik. Bu laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir. Biz agentlik olaraq onların laborator rəylərini tanıyacağıq”.

 





14.02.2019    çap et  çap et