525.Az

Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşdü


 

Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşdü<b style="color:red"></b>

Fevralın 16-sı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əminamanlığı təmin edəcəyi vurğulanıb.

Görüş zamanı tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi baş tutub.

 





17.02.2019    çap et  çap et