525.Az

Xoreoqrafiya Akademiyasının nümayəndələri mədəniyyətlərarası dialoq konfransında


 

Xoreoqrafiya Akademiyasının nümayəndələri mədəniyyətlərarası dialoq konfransında<b style="color:red"></b>

Rusiya Federasiyasının Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasındakı mədəni körpülər mədəniyyətlərarası dialoqun təməli kimi” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Rusiya Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Moskvadakı Azərbaycan Respublikasının səfirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri, eləcə də Yazıçılar  Birliyi, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqının üzvləri, Rusiya və Azərbaycanın aparıcı universitetlərinin əməkdaşları, Rusiya və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Konfransda Dövlət Dumasının MDB işləri üzrə Dövlət Komitəsinin sədri Leonid Kalaşnikov, Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Azərbaycanın Rusiya səfiri Polad Bülbüloğlu, Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru Sevda Sadıxbəyova, Xarici əlqaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova və başqaları da çıxış ediblər.

BXA-nın Tədris işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sevda Sadıxbəyova “Azərbaycan qədim köklərə və multikultutral ənənələrə malik ölkədir” adlı məruzə ilə çıxış edib.

Prorektor  çıxışı zamanı qeyd edib ki,  bir sıra aparıcı ölkələrdə olduğu kimi, Azərbaycanda da  keçirilən  konfranslar və aparılan islahatlar multikulturalizmin parlaq nümunəsidir: “Multikulturalizm Azərbaycanın dövlət siyasətinin ən prioritet istiqamətlərindən biridir və hər zaman diqqət mərkəzində saxlanılır” - deyə prorektor qeyd edib.  S.Sadıxbəyova məruzəsinin sonunda Azərbaycan-Rusiya gənclərinin də qarşılıqlı əməkdaşlığına da toxunaraq, həm Rusiya, həm də Azərbaycan gənclərinin birgə keçirdikləri layihələr, yaradıcılıq fəaliyyətləri və bir çox mövzularda apardıqları səmərəli dialoqların qısa bir zaman ərzində öz bəhrəsini verəcəyini və Bakı Xoreoqrafiya Akademiyasının bu prosesdə daim fəal olduğunu qeyd edərək, Rusiyanın klassik və müasir rəqs üzrə tanınmış ustad sənətkarlarının Akademiyada keçirilən ustad dərslərini, müəllimlərin ixtisasartırma kurslarını və akademiya tərəfindən mütəmadi keçirilən Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə Beynəlxalq Müsabiqənin bunun bariz nümunəsi olduğunu bildirib.

Konfrans geniş müzakirələrlə yekunlaşıb.

 





17.02.2019    çap et  çap et