525.Az

Binəli Yıldırım bu gün istefa verəcək


 

Binəli Yıldırım bu gün istefa verəcək<b style="color:red"></b>

Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım bu gün istefaya gedəcək.

Trend-in məlumatına görə, yerli vaxtla axşam saat 20:00-da o, artıq rəsmi şəkildə istefa verəcək.

Qeyd edək ki, hələ yanvarın 30-da Türkiyə Parlamentinin spikeri B.Yıldırım fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan etmişdi.

Spiker istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirmişdi.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.

 





18.02.2019    çap et  çap et