525.Az

“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatdı


 

“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatdı<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi Diana Seyidovanın “Cəmiyyətin səsi” adlı fərdi layihəsinin I mərhələsi başa çatıb.

“İrəli”dən verilən məlumata görə, layihənin əsas məqsədi cəmiyyətdə olan stereotiplərdən, ictimai qınaqdan, gender bərabərsizliyindən qaynaqlanaraq meydana gələn müxtəlif sosial problemlərin həllinə yardım etmək, insanları daha tolerant dəyişikliyə, fərqliliyə açıq olmağa dəvət etməkdən ibarətdir.

“Cəmiyyətin səsi” layihəsi Azərbaycan Dillər Universitetində baş tutub. Layihə çərçivəsində Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, aktyorlar Qorqud Cəfər, Sənan Ellez, Azərbaycan radiosunun diktoru, xalq artisti Eldost Bayram iştirakçılarla görüşüblər.

Layihənin I mərhələsində nitq mədəniyyəti, “storytelling”, emosiyaların çatdırılması, daxili obraz təlimləri peşəkarlar tərəfindən keçirilib.

Layihə II mərhələdən ibarətdir. Layihənin I mərhələsi başa çatıb. II mərhələdə layihə iştirakçıları ölkədə sosial problemləri araşdıracaq, insanların həyat hekayələrini ssenariləşdirəcəklər.

Həmin hekayələrin videoçarxlarının çəkilməsi, təqdimatı və sosial şəbəkələrdə yerləşdirməsi nəzərdə tutulub.

CEYHUN

 





19.02.2019    çap et  çap et