525.Az

Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edildi


 

Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edildi <b style="color:red"></b>

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi", "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi" və "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə agentliyin əsas icraçı olduğu tapşırıqlar üzrə yaradılmış işçi qruplarının növbəti iclasları keçirilib.

11-19 fevral tarixlərində təşkil olunmuş iclaslarda İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclaslarda biznes inkubatorların inkişafı, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə savadlılığının artırılması, biznes assosiasiyalarının gücləndirilməsi, sahibkar düşüncə tərzinin və KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişafı, KOS-ların təlim-tədris ehtiyaclarının müyyənləşdirilməsi, eləcə də kənd yerlərində xidmət sahələrinin inkişafı, texnologiyaların tədrisinin genişləndirilməsi üçün araşdırmaların aparılması və müvafiq təkliflərin hazırlanması istiqamətlərində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib, növbəti dövr üçün hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub.

C.ABASOV

 





20.02.2019    çap et  çap et