525.Az

Xarici ölkələrin vətəndaşları Xocalıya ədalət tələb edirlər


 

Xarici ölkələrin vətəndaşları Xocalıya ədalət tələb edirlər<b style="color:red"></b>

Diasporla İş üzrə Dövlət Komitəsinin televiziyası olan "Diaspor" TV vasitəsilə müxtəlif ölkələrdən Xocalıya ədalət tələb olunub. 

Bu barədə məlumat adıçəkilən dövlət komitəsindən verilib.

Bildirilib ki, "Diaspor" TV-nin təşəbbüsü ilə dünyanın onlarla ölkəsindən xaricilər "Xocalıya ədalət" istəyiblər. Soydaşlarımızla yanaşı, ABŞ, Rusiya, Ukrayna, Çin, Hindistan, Gürcüstan, Türkiyə, əksər Avropa və Ərəb ölkələrinin vətəndaşları da müsahibədə Xocalı soyqırımı haqqında məlumatlı olduqlarını bildirib, "Xocalıya ədalət" istəyiblər.

Videomüsahibədə müxtəlif yaş kateqoriyasına daxil olan insanlar iştirak edib. Onlar "Xocalıda soyqırımı olduğuna inanıram və Xocalıya ədalət istəyirəm" deyiblər.

Müsahibələrin alınmasında xaricdə yaşayan azərbaycanlılar xüsusi fəallıq nümayiş etdiriblər. Videomüsahibələrlə dövlət komitəsinin rəsmi "Youtube" kanalında tanış olmaq olar. Eyni zamanda, müsahibələr dövlət komitəsi ilə "İctimai" Televiziyanın birgə layihəsi olan "Vətən uzaqda deyil" proqramında nümayiş etdiriləcək.

Proqram fevralın 25-dən 26-na keçən gecə saat 00.10-da yayımlanacaq.

C.ABASOV

 





20.02.2019    çap et  çap et