525.Az

Bişkekdə Xocalı qurbanlarının xatirəsi anıldı


 

Bişkekdə Xocalı qurbanlarının xatirəsi anıldı <b style="color:red"></b>

Fevralın 22-də Bişkekdə Xocalı Soyqırımın 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimi başlamadan öncə Xocalı Soyqırımını özündə əks etdirən foto və kitab sərgisinə baxış keçirilib, iştirakçılara Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı Soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı imzaladığı Sərəncamın sürəti, “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyi tərəfindən hazırlanmış məlumat toplusu və Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qırğız və rus dillərində çap olunmuş “Xocalı Soyqırımı” kitabı təqdim edilib.

Mərasimin əvvəlində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı Soyqırımı haqqında “Xocalıya Ədalət” adlı sənədli film nümayiş edilmiş və Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov Xocalı Soyqırımı barədə ətraflı məlumat verib. Xocalı Soyqırımını dünya ictimaiyyətinə çatdırmaq, Xocalı Soyqırımı qurbanlarının xatirəsini yad etmək, erməni vandalizminin mahiyyətini, onların iç üzünü açmağın vacib olduğunu vurğulayan səfir bu vəhşiliklərin cavabsız qalmayaçağını, Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək, Prezident İlham Əliyevin səriştəli, uzaqgörən siyasəti  ilə öz torpaqlarını işğaldan azad edəcəyini və işğalçıların layiqincə cavablarını alacaqlarını, tarixin məhkəməsinin qaçılmaz olduğunu bildirib.

Hidayət Orucov Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı Soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya Ədalət”  adlı beynəlxalq informasiya kampaniyası keçirilməkdədir.

“Xocalıya Ədalət” kampaniyası çərçivəsində 700 minə yaxın insan tərəfindən müsbət rəy toplanıb və ən əsası onun 150 minə yaxın yalnız bir internet səhifəsində qeydə alınıb. Heydər Əliyev Fondu Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 100 yaxın ölkələrində Xocalı Soyqırımı ilə bağlı tədbirlər keçirir.

“Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balçı, Böyük Vətən müharibəsi veteranı, Qırğızstanın Əməkdar inşaatçısı Əsəd Həsənov Xocalı Soyqırımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüb, ermənilərin işğalçılıq siyasətinin ancaq Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd ediblər.

Mərasimdə Qırğız Respublikası Hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, Föqəladə və Səlahiyyətli səfirlər, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, beynəlxalq qurumlarının təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri və Qırğızstanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 





22.02.2019    çap et  çap et