525.Az

“İrəli” gəncləri mübadilə proqramında iştirak edirlər


 

“İrəli” gəncləri mübadilə proqramında iştirak edirlər<b style="color:red"></b>

Türkiyənin Trabzon şəhərində “İrəli” İctimai Birliyinin üzvləri “Qadın hüquqları – insan hüquqları” mübadilə proqramında iştirak edirlər.

“İrəli”dən verilən məlumata görə, layihə Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası və Türkiyə Gənclər Şurasının maddi dəstəyi ilə baş tutub.

“İrəli” gəncləri tədbirdə milli rəqslərimizi, mətbəximizi nümayiş etdiriblər.

Eyni zamanda, gənc fəallar Azərbaycan həqiqətləri, Xocalı faciəsi haqqında xarici ölkə iştirakçılarını məlumatlandırıblar.

Layihə çərçivəsində Türkiyənin digər şəhərlərə də tədbirlər nəzərdə tutulub.

CEYHUN

 





22.02.2019    çap et  çap et