525.Az

Aktrisa Səbinə Məmmədovadan ədəbiyyata dəstək - Video


 

PƏRVİNİN "HAVA LİMANI" HEKAYƏSİNDƏN PARÇA

Aktrisa Səbinə Məmmədovadan ədəbiyyata dəstək - <b style="color:red">Video </b>

Məşhur aktrisa Səbinə Məmmədova ədəbiyyatın təbliğatı üçün orijinal jest edib.

Pərvinin yeni hekayəsi “Hava limanı”ndan bir parçanı oxuyan aktrisa izləyicilərini “525-ci qəzet”in şənbə nömrəsini almağa çağırıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində Leylini, Gövhərtacı, müxtəlif uşaq tamaşalarında Dəcəl Keçini, Şıltaq Qırmızı Papağı canlandıran aktrisa hazırda Pərvinin “Mən öləndə ağlama” monopyesi əsasında rejissor Ayla Osmanovanın quruluş verdiyi eyniadlı tamaşanın məşqlərini edir.

Müxtəlif seriallarda da orijinal obrazlar yaradan, tamaşaçıların sevimlisinə çevrilən aktrisa şəxsi instaqram səhifəsində gerçək sənətin, kitabın, ədəbiyyatın təbliğatı üçün ara-sıra bu cür video-çağırışlar edir...

Videonu təqdim edirik:

 





22.02.2019    çap et  çap et