525.Az

Gömrük Akademiyasının yeni binası tikiləcək


 

Gömrük Akademiyasının yeni binası tikiləcək<b style="color:red"></b>

2009-ci ildən bakalavriat pilləsi üzrə ixtisasların sayı azaldılaraq 700-dən 140-a endirilib. Onların arasında gömrük işi ixtisası da var.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov bildirib.

Akademiya rəisi bildirib ki, həmin vaxtdan etibarən gömrük işi ixtisasına qəbul dayandırılıb: "Nazirlər Kabinetinin bu qərarından sonra Prezidentin sərəncamı ilə Akademiya yaradıldı və 2014-cü ildə fəaliyyətə başladı".

Q.Novruzov qeyd edib ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb:

"Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, aidiyyəti orqanlar bu işə konstruktiv yanaşacaq. Bu günün gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan kadrlardan köklü sürətdə fərqlənir".

Akademiyasının rəisi, həmçinin bildirib ki, akademiyanın yeni binası da tikiləcək:

"Dövlət Gömrük Komitəsi söz verib ki, yaxın bir ildə bizi yeni bina ilə təmin edəcək. Hazırkı bina Ümumdünya Gömrük Təşkilatının regional tədris mərkəzidir".

 





23.02.2019    çap et  çap et