525.Az

Yeni baş nazir, yeni təhsil naziri, Almaniyanın erməni bəhanəsi - Rəşad Məcid - ANONS


 

Yeni baş nazir, yeni təhsil naziri, Almaniyanın erməni bəhanəsi - Rəşad Məcid - <b style="color:red">ANONS</b>

"525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcidin "Facebook" statuslarından seçmələr:

Erməni söhbəti bəhanədir. Almaniya Türkiyəyə güc göstərir. Bunun alt qatını, diplomatik dildən çevirisini tapmaq lazımdır. Əslində, Bundestaqda əvvəlcədən hazırlanmış şou göstərildi - iclasa ermənilərin dəvət olunması, qərar layihəsini Türkiyə əsilli deputatın yaxasına erməni nişanı taxaraq oxuması, digər Türkiyə əsilli deputatların səs verməsinin qabardılması və Merkelin suçlu kimi kölgəyə çəkilib reaksiyaları izləməsinin izahı lazımdır. ALMANİYA TÜRKİYƏYƏ NƏYİN XƏBƏRDARLIĞINI EDİR? NƏYİN HİRSİNİ, ACIĞINI ÇIXIR? Səni ən zəif yerindən və özününkülərin əliylə vurmaq gücündəyəm? Bunumu demək istəyir? Heç 3 milyon yarımın təpkisi də adekvat olmadı... Niyə? Nə baş verir ki? Hədəf Türkiyədir, yoxsa Türkiyə hakimiyyəti? Dava nəyin üstündədir? Bu sualların cavabı maraqlıdır...

***

Əli Həsənovun xaricdə antiazərbaycan kampaniyası aparan bir qrup şəxs haqqındakı statusları kübarlığı və nəzakət tonu ilə seçilir. Bütün fəaliyyətində və insanlara münasibətində məhz belə gördüyümüz Əli müəllim Azərbaycanın simvollarına qarşı söyüş və təhqir leksikonu ilə danışanlara qarşı fikirlərində də heç zaman bu nəzakət tonunu itirmədi! Sözügedən statuslarında da “hər bir adamın mahiyyətində bir xeyir başlanğıcı olduğuna inanıram” söyləyib, bu şəxsləri ədəb-ərkan çərçivəsində mübarizəyə çağırdı! Bu cür münasibətdən sonra da həmin adamların söyüş və təhqir leksikonunu davam etdirməsi artıq onların mahiyyətində heç bir xeyir başlanğıcının qalmadığını göstərir!

***

Prezident seçkilərindən sonra Azərbaycanın yeni Baş nazirinin kim olacağı, nazirlərdən hansının öz kürsüsünü itirəcəyi barədə söz-söhbətlər ölkə gündəmini zəbt edən əsas müzakirə mövzusu idi. Baş nazir kürsüsünə namizədlər sırasında ən müxtəlif şəxslərin adı hallanırdı. Amma cənab Prezident elə fərqli bir şəxsi seçdi ki, hər kəsi, sözün müsbət mənasında, təəccübləndirdi. Novruz Məmmədov hakimiyyətdə ən iddiasız, özünü təbliğ etməyən, amma fəaliyyəti ilə dövlətə, dövlət başçısına sədaqətlə xidmət göstərən məmurlardan biridir. Cəmiyyətdə müsbət imici var, korrupsiyada adı heç vaxt hallanmayıb, həmişə qruplaşmaların fövqündə dayanıb. Səmimidir, dürüstdür. Mən bu seçimi cənab Prezidentin müdrik addımı kimi qiymətləndirir və bu uğurlu təyinata görə öz təşəkkürümü bildirirəm. Cənab prezident bu gözlənilməz qərarı ilə özünün peşəkar dövlət adamı, təcrübəli siyasi xadim olduğunu bir daha təsdiqlədi.

***

Təhsil nazirinin kim olacağı ilə bağlı müxtəlif səviyyəli diskusiyalarda da öz fikrimi elə bu müşahidələrimə əsasən bildirirdim. Və qənaətim hər dəfə birmənalı olurdu: Ceyhun Bayramovun həm nazir səlahiyyətlərini icra etdiyi müddətdə, həm də ona qədərki fəaliyyəti göstərir ki, nazir vəzifəsinə ən uğurlu namizəd elə odur.

***

YAZININ TAM VERSİYASINI "525-ci QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





23.02.2019    çap et  çap et