525.Az

"Xarici tələbələrin universitetlərimizdə təhsil almasında maraqlıyıq"


 

"Xarici tələbələrin universitetlərimizdə təhsil almasında maraqlıyıq"<b style="color:red"></b>

"Müharibə şəraitində olan Azərbaycanda təhsil büdcəsinin hərbi büdcə ilə eyni olması ölkədə təhsilə verilən diqqətin göstəricisidir".

Bunu 525.az-a açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib.

O qeyd edib ki, Azərbaycanda hazırda təhsillə bağlı 16 dövlət proqramı həyata keçirilir. Nazir müavini deyib ki, azərbaycanlı gənclər dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir və bu, daha da genişləndiriləcək:

“Azərbaycan Avropa ölkələrindən olan gənclərin respublikanın ali məktəblərində təhsil almasında maraqlıdır. Bizim ali məktəblərimiz öz imkanlarını əcnəbilərə təqdim etməyə hazırdır".

Onun sözlərinə görə, hazırda xaricdə təhsil alan azərbaycanlı gənclərin çoxu Avropa ölkələrindədir: "Burada Almaniya xüsusi rol oynayır. Bu il 150-dən artıq azərbaycanlı gənc Almaniyada təhsil almağa göndərilib".

S.QARAYEVA

 





09.10.2012    çap et  çap et