525.Az

Siseronun məhkəmədə qələbə çalması - Telman Orucov


 

SİSERON - NATİQLİYİN SİNONİMİ

Siseronun məhkəmədə qələbə çalması - <b style="color:red">Telman Orucov </b>

(Əvvəli ötən şənbə sayımızda)

Metell ailəsi bu vaxt hakimiyyətin kulminasiya nöqtəsində idi. Üç qardaş - Kvint, Lutsi və Mark bir neçə il idi ki, Romada ağalıq edirdi. Ən qorxulusu ikinci qardaş Lutsi idi. O, Siseronu qubernator sarayındakı kral otağında qəbul etdi. Yerindən qalxmadan dedi ki, “Roma əyalətində qiyam qaldırmaq xəyanətkar bir cinayətdir”. Siseron cavab verdi ki, “Bu da xəyanətkar bir cinayətdir ki, xalqı və Roma xalqını, onun təyin etdiyi təmsilçini öz vəzifəsini yerinə yetirməyə görə kimsə təhqir etsin”. Onu da əlavə etdi ki, “Qubernator, mən sizi əmin edirəm ki, xalqın qəzəbi Romaya qarşı deyil, Verresə qarşıdır”. Metell bildirdi ki, “sən özünü irəlilətmək üçün bu şansdan istifadə etmək istəyirsən”. Sonra sıçrayıb ayağa duraraq dedi: “Mən səhər götürdüyünüz sənədləri geri qaytarmağı əmr edirəm”. Qubernator Metell Siseronla belə danışmaqda səhv edirdi, Roma qanunlarına hörmətsizlik göstərirdi.

Siseron bildirdi ki, qubernator unutmasın ki, azad Roma vətəndaşına müraciət edir və o, özünə həvalə edilmiş vəzifəni yerinə yetirəcəkdir. “Görünür, siz, Lutsi Metell, Verresin layiqli varisisiniz”.

Qədim romalının özünü təhqirdən, alçalmadan qorumaq üçün “Civis Romanus sum” - “Mən Roma vətəndaşıyam” sözlərini deməsi kifayət idi. Qədim Roma dövlətinin bütün ərazisində, hər bir əyalətində Roma vətəndaşlığı onun hüquqlarını tam şəkildə qorumaqla, ona malik olanlara az qala tam toxunulmazlıq verirdi. Böyük Britaniyanın sonralar baş naziri olmuş lord Palmerston, 1850-ci ildə Xarici İşlər naziri vəzifəsini icra edərkən bir Britaniya təbəəsi olan, həmin adam həm də İberiya (İspaniya) yəhudisi idi, Don Pasifikoya, Yunanıstan dövlətinin ona olan borcunu ödəmədiyinə görə Afinanın bombardman edilməsi təklifini Parlamentdə müdafiə etmişdi. Bu vaxt o, Britaniya təbəələrinin də özlərini alçalmadan qorunmaq üçün Roma vətəndaşlarınin yuxarıdakı bircə kəlmədən faydalandıqları hüquqdan eyni qaydada istifadə etmələri lüzumunu irəli sürmüşdü.   

Verres rüşvət verməyə pulu olmayanları kimdənsə borc almağa məcbur edirdi. Beləliklə, Verres rüşvət tələb edirdi və qurbanına təkid edirdi ki, Karpinatidən lazım olan nəğd pulu borc götürsün. Rüşvət verənlər isə öz hüquqlarını yaxşı bilmirdilər. Romalılarda yaxşı bir zərb-məsəl var idi: “İqnorantia non est arqumentum” - “Bilməmək, hali olmamaq arqument deyildir”. Siseron Verresi “parlaq əclaf, parlaq tamahkar, səfeh əclaf” adlandırırdı. Sənədlər isə Qay Verrusinin adına rəsmiləşirdi, əslində isə heç bir Verrusi yox idi, bu, Verresin özü idi.

Siseronun məhkəmədə qələbə çalması 

Reqiumdan Romaya səfər nisbətən asan idi. Siseron öz ittihamlarını Verresin korrupsiyasına, vergi yığanda və rəsmi gəlir götürüləndə rüşvətə, özəl və munatsipial mülkiyyəti qarət etməyə və nəhayət, qanunsuz və tiranlara xas olan qaydadakı cəzalar bölməsinə ayırırdı. Şahid bəyanatları və məlumatları müvafiq qaydada qruplaşdırılmışdı.

Siseronun başlıca qayğısı isə edil seçilmək üçün fonda malik olmaq idi. O, bunun üçün pul toplamalı idi. Krass, yəqin ki, ona borc pul verməyəcəkdi.

Konsul seçkisində Pompey nəhayət, qalib elan edildi. Hortensi Kvint Metellə birlikdə ikinci konsul vəzifəsi uğrunda mübarizə aparırdı. Mark Metell pretor seçilmək üçün səslərin çoxunu aldı. Keçmiş konsul Verresi qucaqlayıb demişdi ki, “bugünkü seçki sənin bəraət almağın deməkdir”.

Siseron bilməli idi ki, Pompey onunla görüşməyə razılıq verəcəkdir. O, Sezarı da çoxdan tanıyırdı. Tərəfdarları isə Sezar haqqında deyirdilər ki, o, hətta beşikdə olandan dahidir. Özünü yüksəltmiş adam olan Siseron onlara nifrət və paxıllıq edirdi. Sezarın özü də inanırdı ki, o, Veneranın birbaşa törəməsidir, aşağıdan qalxanlardan isə başqalarının işinə qarışanlar kimi zəhləsi gedirdi.

Siseron çox işləyirdi, bir dəfə qulu Tirona demişdi ki, təşviş keçirmə, - biz öləndə elə vaxt gələcəkdir ki, kifayət qədər yatacağıq.

Avqustun 5-də Mark Qney Pompeyin və Mark Lutsi Krassın konsulluğunda, Steninin ilk dəfə Siseronun yanına gəlməsindən bir il doqquz ay keçirdi. Artıq məhkəmə öz işinə başlamışdı. Siseron ayağa durub çıxışına başladı. Hortensi Korneli qanununa əsaslanaraq tələb etdi ki, ittihamçı 48 şahiddən artıq siyahı verməməlidir, Siseron isə məhkəməyə ikiqat artıq şahid gətirmişdi ki, onları qorxuda bilməsinlər. O, çıxışında dedi:

- Məhkəmə centlmenləri! Bu böyük siyasi böhranda sizə indi təklif edilən heç də insan müdrikliyindən irəli gəlmir, birbaşa göylərin hədiyyəsi kimidir, bu şeyə isə sizin əksəriyyətiniz möhtacsınız. İnam baş tutacaqdır, respublikaya və sizin özünüzə zərərli olan bir iş baş verəcəkdir, - bu məhkəmələr senatorlardan ibarət jüri ilə aparılır və heç vaxt kifayət qədər pula malik olan adamı məhkum etməyəcəkdir.

Kütlə bu sözləri eşitdikdə qışqırdı: “Sən burada səhv etmirsən”.

Siseron çıxışına davam etdi:

- Lakin mənim ittiham etdiyim adamın xarakteri elədir ki, siz öz yaxşı adınızı bərpa edə bilərsiniz. Verres xəzinəni qarət etmişdir və özünü dəniz qulduru kimi aparmışdır, öz Siciliya əyalətində taun xəstəliyi yaymaqla onu məhv etmişdir. Siz təkcə bu adamı təqsirkar sayın və sizin iradəniz hesabına düzgünlük bərpa olunacaqdır. Əgər siz bunu etməsəniz, - onun nəhəng var-dövləti sizin vicdanlılığınızı parçalayıb dağıtmaq üçün kifayətdir, - onda yaxşı mən azı bir şeyə nail olacağam. Millət Verresin haqq olduğuna və mənim səhv olduğuma inanmayacaqdır, - lakin onlar Roma senatorlarından ibarət jüri barədə hər şeyi bilməyə ehtiyac duyduqlarını əminliklə öyrənəcəklər.

Bu, çıxışın başlanğıcı üçün yaxşı sözlər idi: “Qoy mən sizə indi Verresin ağlında olan həyasız və qanlı planı deyim. O bilir ki, mən onu quldur kimi çökdürəcəyəm və təkcə məhkəmədəki dinləmələrlə deyil, ancaq bütün dünyanın gözü qarşısında. Bunun əksinə, o, aristokratiyanın rəyinə o qədər aşağı baxır və inanır ki, senatorlar məhkəmələri bütünlüklə yoxa çıxmışdır və görünür, bununla o, açıqca lovğalanır ki, öz mühakiməsinin təhlükəsiz olacağı məlumatını satın almışdır. O, təkcə jürini deyil, həm də konsul seçkisini də özünün iki titullu dostu naminə təhlükəsiz şəkildə satın almışdır. Onlar mənim şahidlərimi qorxutmağa cəhd etmişlər”.

Çıxışın bəyənilməsi ifadəsi kimi hay-küy qalxdı. Metell hirslə ayağa durdu. Hortensi ilə o, qəzəblə Siserona jest nümayiş etdirdilər.

Siseron dedi: “Metell, mən sənə təəccüb edirəm. Şahidləri, xüsusən Siciliyada bədbəxtliyə düçar olmuşları qorxutmağa cəhd etməklə, onlarda seçilmiş konsul kimi qorxu yaratmısan. Sən qardaşlarının da hakimiyyətindən istifadə edirsən - məgər bu, hüquqi korrupsiya deyilmi, bunun nə olduğunu bilmək mənə xoş olardı. Niyə sən bir əclafa görə öz borcundan və şərəfindən imtina edirsən. Mən sənə bunu deyirəm: Verres gəzib, hər yerdə deyir ki, onun gərginliliyinə görə sən konsul olmusan və yanvardan etibarən o, iki konsula malik olacaqdır və məhkəmənin sədri də ona yararlı olacaqdır.

Verres hirslə öz vəkilinə əl işarəsi etdi ki, buna son qoysun. Məhkəmənin işi isə yalnız bayramlardan sonra, Mark Metell jüri üzvü olanda bərpa olunacaqdı.

Siseron çıxışında dedi: “Ən böyük təhlükə ondadır ki, mənim ittiham etdiyim adam barmaqlarımın arasından sürünüb çıxacaqdır. Hortensi, bu da düzdür ki, mən sənin oyununu oynamayacağam. Mən işin yanvaradək uzanmasına imkan verməyəcəyəm ki, o vaxt sən və Metell konsullar kimi mənim şahidlərimi qorxutmaq üçün öz liktorlarınızdan istifadə edəsiniz. O, davam etdi: “Bu gün dünyanın gözü bizə dikilmişdir, görən, adamlar öz vicdanlarına qulaq asacaqlarmı və qanuna riayət edəcəklərmi?”

Sonra o, Termedən olan birinci şahidi Stenini dəvət etdi. Hortensi Steninin nə deyəcəyini bilmirdi. Steni ona müraciət edərək dedi:

- Sizin yadınıza düşmürəm, çünki siz çox məşğul olan adamsınız. Senator, mən isə sizi xatırlayıram. Siz dediniz ki, Verresi təmsil edirsiniz, onun nə qədər mülkiyyət oğurladığı isə məni heç cür maraqlandırmır, - heç bir məhkəmə heç vaxt siciliyalının romalı barədə dediyi sözə inanmayacaqdır.

Prosesin dördüncü günü Verres xəstəliyini bəhanə edib məhkəməyə gəlmədi.

Siseron isə Roma Forumunda antiaristokratik hərəkatda böyük rol oynamağa başladı. Onlar isə özlərini qalib kimi göstərmək istəyirdilər. O, bir məsələni yada saldı: “Siz qoca adam olan Sullanın Pompeyin 26-cı ad günündə ona triumf verilməsini inkar etməyə cəhd edən vaxt, Pompeyin ona nə dediyini bilirsinizmi?”  Onun sözləri belə idi: “Adamların çoxu batan günəşə deyil, çıxan günəşə sitayiş edir”.

Siseron dedi: “Dözülə bilməyən ağrı yükü barədə düşünün, bu ağrı, bədbəxt valideynin üstünə düşür, çünki onlar öz övladlarına rüşvət vasitəsilə həyat deyil, sürətli ölümü satın alırlar”.

Verres artıq evini yığışdırıb, sürgünə qaçmağa hazırlaşırdı.

Siseron şahiddən soruşdu: “Bağışla məni, mən başa düşə bilmirəm, nəyə görə Verres yük gəmilərinin günahsız sərnişinlərini edam etdirmək istəyirdi?”

Şahid:

- O, adamlara kifayət qədər çox edamı göstərməyə ehtiyac duyurdu.

- Niyə?

- Çünki həmin dəniz quldurlarının azad buraxılmalarına görə, onlardan o, rüşvət alırdı.

Dənizlərin təhlükəsizliyi üçün məsuliyyət daşıyan Roma qubernatoru bu vaxt əsl quldurların özündən rüşvət alırdı. Bu qubernator Roma vətəndaşlarının azadlığına da əsassız olaraq hücumlar edirdi. Lakin belə bir universal prinsip mövcud idi ki, romalılar azad adamlardır.

Nəhayət, Qay Verresin sonu gəlib çatdı. O, gecə düşəndə maska altında şəhərdən qaçdı və Şimali Qalliyaya yollandı. Onun aristokrat dostları indi də burunlarını öz zibillərinə soxmağa başladılar.

Bir gün Böyük Pompey Siseron barəsində soruşdu: “O, haradadır? Dövrümüzün ən böyük natiqi haradadır?” O, Siseronun evinə gəlib, adam göndərdi ki, Terentsiyaya desinlər ki, Böyük Pompey aşağı mərtəbədədir.

Pompey qədəhi götürüb dedi ki, bu bir neçə gün ərzində, Siseron, biz sənin proqresinə baxırdıq. Biz sənin sağlığına içirik. Qoy dünya bizim dostluğumuzu müşahidə etsin.

Siserona 1,5 milyon sestertsi pul təklif olunurdu. Pompey dedi: “Götür onu”.

Mark Metell rüşvət məhkəməsindən çıxarıldı. Jüri rüşvətlə ələ alınmışdı. Siseron deyirdi: “Onlara ar olsun, bütün Roma qarşısında onlara ar olsun!” Beləliklə, onların təqsirkar elan edilmələrindən başqa bir alternativləri yox idi.

Siseron başqaları ilə birlikdə Lukullun göndərdiyi raportu dinləyirdi. Aristokrat general özünün hesabına görə, bir sıra qəti qələbələr qazanmışdır. Tiqranın səltənətinə girmiş, döyüşdə çarın özünü məğlub etmiş, düşmənin 10 min adamını məhv etmiş, düşmən ərazisinin daha da dərinliklərinə irəliləməklə Nisibis şəhərini işğal etmiş və çarın qardaşını əsir götürmüşdü.

Nə qədər çətin olsa da, inanmaq istəyirsən ki, Siseron, Krass, Pompey, Hortensi, Katul, Katilina və Metell qardaşları, onların özü, ambisiyaları, inşa etdikləri tikililər indi bütünlüklə toza çevrilmişdir.

(Ardı var)

 





04.03.2019    çap et  çap et