525.Az

MTRŞ sədri: "Parni iz Baku" komandasına hər hansı qadağa yoxdur, lakin..."


 

MTRŞ sədri: "Parni iz Baku" komandasına hər hansı qadağa yoxdur, lakin..."<b style="color:red"></b>

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrənli “Parni iz Baku” komandasına özəl telekanallar tərəfindən qadağa qoyulması məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, N.Məhərrəmli bildirib ki, “Parni iz Baku” komandasına efirlərdə hər hansı qadağa yoxdur:

“Özəl televiziya kanalları öz fəaliyyətlərində tam müstəqildilər. Onlar proqram və yaradıcılıq siyasətində də azaddırlar. Onlar mövcud "Televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq fəaliyyətlərini qururlar. Bununla belə, kimləri öz efirlərində görmək istəyib-istəməmələri televiziya rəhbərliklərinin şəxsi qərarlarıdır. Bu barədə sualları telekanallara ünvanlaya bilərsiniz”.

 





06.03.2019    çap et  çap et