525.Az

Genişmiqyaslı təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır


 

Genişmiqyaslı təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır <b style="color:red"></b>

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Qeyd edək ki, Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 15-dək davam edəcək.

 





11.03.2019    çap et  çap et