525.Az

Apple iPad-in yeni modellərini təqdim etdi


 

Apple iPad-in yeni modellərini təqdim etdi<b style="color:red"></b>

Apple iPad Air-in və iPad Mini-nin yeni modellərini təqdim edib.

525.az-ın Trend-ə istinadən məlumatına görə, yeni iPad Air-in diaqonalı 10.5 düym (26.67 sm)Retina ekranı, prosessor A12 Bionic və həmçinin şəklin keyfiyyətini yaxşılaşdıran True Tone texnologiyalı displeyi var.

iPad Mini üçün diametric 7.9 düym olan (20 sm) ekran saxlanılıb, lakin A12 Bionic prosessoru əlavə edilib. Bundan əlavə qurğunu Apple Pencil stilusu ilə idarə etmək mümkündür.

İPad Mini-nin qiyməti $399-dan, iPad Air üçün isə $499-dan başlayır.

 





18.03.2019    çap et  çap et