525.Az

Şabranda sakinlərə bayram sovqatı paylanıb


 

Şabranda sakinlərə bayram sovqatı paylanıb<b style="color:red"></b>

Prezident İlham Əliyevin birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsinin daha da genişləndirilməsi, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında verdiyi Sərəncam vətəndaşlar tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanıb.

Prezident İlham Əliyevin və ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyevanın şəhid ailələri ilə keçirdikləri həmin görüşdə şəhid ana və atalarına, onların övladlarına göstərdikləri doğmalıq və qayğı faktoru növbəti dəfə sübut etdi ki, cənab İlham Əliyev hər bir azərbaycanlının prezidentidir və o, illər öncə verdiyi vədini öz əməli işləri ilə sübuta yetirir.

Bu fikirlər Şabranda rayon İcra Hakimiyyətinin baçısı Novruz Novruzov və millət vəkili Tahir Süleymanovun şəhid ailələri, Qarabağ əlilləri, Çernobıl Əlilləri və kimsəsiz, imkansız ailələrlə keçirdikləri görüşdə vurğulanıb.

Şabrandakı "Günel" şadlıq sarayında bayram süfrəsi arxasında keçirilən tədbirdə çıxış edən Novruz Novruzov və Tahir Süleymanov qeyd ediblər ki, ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu sahədə Şabran rayonunda da müəyyən lazımi işlər görülür, qayğıya daha çox ehtiyacı olanlar rayon rəhbərliyinin diqqət mərkəzindədirlər.

Görüşdə iştirakçılar tərəfindən qaldırılan problemlərə münasibət bildirilib, bəzi məsələlərlə bağlı yerindəcə lazımi tapşırıqlar verilib.

Görüşdə çıxış edən Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Deputat 200 nəfərdən ibarət şəhid ailələri, Qarabağ əlilləri, Çernobıl Əlilləri və kimsəsiz, imkansız ailələrə bayram sovqatı paylayıb.

Millət vəkilinin bu xeyirxah əməli vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanıb.

Çingiz XALİDOĞLU
"Şabran" qəzetinin baş redaktoru

 





19.03.2019    çap et  çap et