525.Az

"Heç kim övladına "get aktyor ol" demir, çünki..." - Vidadi Həsənovla müsahibə - ANONS


 

"Heç kim övladına "get aktyor ol" demir, çünki..." - Vidadi Həsənovla müsahibə - <b style="color:red">ANONS</b>

Əməkdar artist, aktyor,  ssenarit Vidadi Həsənovla müsahibədən parçalar

- "Biz Kukla Teatrının kollektivi ilə çox gözəl münasibətdəyik, ancaq..."

- "Prezidentlə görüş teatr cameəsi üçün bir başlanğıc olmalıdır";

- "Əksər ailələr övladlarına ya "hüquqşünas ol", ya da "həkim ol" deyirlər. Heç kim “get aktyor ol” demir, çünki..."

- "Yazıçı, ssenarist, rejissor, rəssam, bəstəkar - hamısı öz əsərinin müəllifidir. Onu onlardan almaq olmaz. Amma aktyorun belə bir hüququ yoxdur. Halbuki digər sənətçilər kimi, sən də zəhmət çəkirsən. Hətta yazıçı yazdı, rejissor qurdu, rəssam səhnə tərtibatını verdi, aktyor olmayandan sonra nəyə lazımdır bu? Onu tamaşaçıya təqdim edən aktyordur. Bizim işimiz dəniz kənarındakı ləpədöyəndə qoyulan iz kimidir"

- "Vaxtilə problem o idi ki, yaşlı aktrisalarımız cavan qız rolunu oynamaq istəyirdilər. İndi isə vaxt gələcək qoca rolunu oynamağa aktyor tapılmayacaq. Məcbur cavan adam onu oynayanda da biz axıra kimi inanmayacağıq".

MÜSAHİBƏNİN TAM VERSİYASINI "525-ci QƏZET"in 20 MART - BAYRAM NÖMRƏSİNDƏ OXUYA BİLƏRSİNİZ

 





20.03.2019    çap et  çap et