525.Az

Azərbaycan ədəbiyyatı Türkiyə mətbuatında


 

Azərbaycan ədəbiyyatı Türkiyə mətbuatında<b style="color:red"></b>

Bugünlərdə çap olunan “Türk ədəbiyyatı” dərgisi müasir Azərbaycan ədəbiyyatına həsr olunub.

Türkiyəli yazıçı Doğan Hızlan dərginin xüsusi bölməsindən çıxış edərək Azərbaycan ədəbiyyatı ilə bağlı məqalə yazıb.

“Hürriyyət” qəzetində çap olunan məqalədə müəllif müasir Azərbaycan ədəbiyyatı ilə bağlı fikirlərini bildirib. Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: zəngin ənənə və çağdaşlıq” məqaləsindən sitatlar gətirən D.Hızlan bizim ədəbiyyatdan Bəxtiyar Vahabzadə və Anarı daha yaxşı tanıdığını, sevərək oxuduğunu yazır.

O, bu tanışlıqları belə xatırlayır: “İstanbula gələnlər arasında Bəxtiyar Vahabzadə ilə tanış olub, söhbət etmişəm. Onunla Sultanəhməddəki Yaşıl Evdə yemək də yemişik. Azərbaycan ədəbiyyatından tanıdığım bir başqa yazıçı Anar Rzayevdir. O, Ataol Bəhramoğlunun yaxın dostu idi, “Simavi” nəşriyyatında bir kitabını da yayımlamışdıq. Həmçinin, İstanbulda qaldığı müddətdə onunla iki simpoziumda iştirak etmişik”.

Daha sonra müəllif yazısına B.Vahabzadə, Musa Yaqub, Sabir Rüstəmxanlı və başqalarından seçmə misralar əlavə edib, Azərbaycan poeziyasının zəngin ənənələrindən bəhs edib.

ŞAHANƏ

 





20.03.2019    çap et  çap et