525.Az

Yanğına görə Qara Qarayev prospektində hərəkət məhdudlaşdırıldı


 

Yanğına görə Qara Qarayev prospektində hərəkət məhdudlaşdırıldı<b style="color:red"></b>

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq hazırda yolda hərəkət məhdudlaşdırılıb:
 
"Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqada və helikopter cəlb olunub.

 

 





26.03.2019    çap et  çap et