525.Az

Düsseldorfa uçan təyyarə səhvən Edinburqda edni


 

Düsseldorfa uçan təyyarə səhvən Edinburqda edni<b style="color:red"></b>

"British Airways" aviaşirkətinə məxsus London-Düsseldorf reysini həyata keçirən sərnişin təyyarəsi səhvən Şotlandiyanın paytaxtı Edinburqda eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya aviaşirkətinin nümayəndələri bildiriblər.

Bildirilir ki, təyyarənin sərnişinləri pilotun "Edinburqa xoş gəldiniz" ifadəsindən sonra Edinburqa gəldiklərini anlayıblar.

Qeyd edilir ki, hadisə uçuş sənədlərinin səhv hazırlanması səbəbindən baş verib. Uçuş sənədlərində təyyarənin London-Edinburq reysini həyata keçirdiyi bildirilib.

Təyyarənin pilotu qeyd edib ki, bunun necə baş verdiyindən xəbəri yoxdur: "Bu cür hadisə daha əvvəl baş verməyib və heyət məsələni həll etməyə çalışır".

Hazırda bu reysin bütün sərnişinləri Düsseldorfa çatıdırılıb.

 





26.03.2019    çap et  çap et